Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

14.02.2020 18:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirildi. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulandı, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR