Əli Əhmədov: AŞPA-nın Azərbaycana qarşı qərəzi xroniki hal alıb

29.01.2020 17:11

"Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb.

YAP funksioneri bildirib ki, Azərbaycan surətli inkişaf və transformasiya dövrünü yaşayır: "Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur. Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür".

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR