Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

MSK üç təşkilatın "exit-poll" keçirməsi barədə qərar qəbul edilib

29.01.2020 16:16

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü daha qurum "exit-poll” keçirəcək.

Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

MSK-nın iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə "exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

Bu gün həmçinin "exit-poll" keçirmək üçün müraciət etmiş "Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

Məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib. R. Qasımov bildirib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək: ”Təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib. 1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müsahibəçinin olması ilə bağlı da məlimat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdırlar. Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.

MSK "Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın "AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə "exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR