Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

25.01.2020 16:25

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə Avstraliya Günü münasibətilə təbrik məktubu göndərib.

Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəyini bildirib.

Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatoruna möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR