Bakının Baş planı ilin sonunadək hazır olacaq

24.01.2020 18:53

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir.

XəzərXəbər-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş "BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib:

"Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış "AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Komitə tərəfindən yaradılmış qurumlararsı işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-ə yaxın ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb. Bakı şəhərinin Baş planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur".

Qeyd edək ki, 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR