Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir.
Bu barədə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir:
"Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.
Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb".
E.Niftəliyev əlavə edib ki, hazırda ASAN xidmət mərkəzlərində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır". (trend)
© xezerxeber.azAzərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub
Türkmənistan Prezidenti Azərbaycanın XİN rəhbəri ilə görüşüb
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək istəyirik"
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB