Corc Dik: “Dost və strateji tərəfdaşımız Azərbaycanda səfir olmaqdan qürur duyuram”

24.01.2020 11:04

"Dost ölkə və strateji tərəfdaşımız olan Azərbaycanda səfir olmaqdan qürur duyuram. Bütün dinlərin nümayəndələri təhlükəsiz şəraitdə Azərbaycanda yaşayırlar”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanda olduğum üçün xoşbəxtəm. Martın 2-də İsraildə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Milli Məclisin sədri bu günlərdə İsraildə səfərdə olub və o, Dünya Holokost Forumunda iştirak edib. Bu forumda 100-ə yaxın ölkədən nümayəndə iştirak edib. Azərbaycan bu forumda təmsil olunan azsaylı müsəlman ölkələrindən biridir. Bu, sübut edir ki, Azərbaycan yəhudi xalqının dostudur. Bizim münasibətlərimiz strateji xarakter daşıyır”, - deyə C. Dik vurğulayıb. 

Səfir həmçinin qeyd edib ki, İsraillə Azərbaycanla təhlükəsizlik sahəsində və terrorla mübarizədə yaxından əməkdaşlıq edir.

O bildirib ki, 2016-cı ildə İsraildən Azərbaycana 10 minə yaxın turist səfər edibsə, 2019-cu ildə ölkəsindən Azərbaycana gələn turistlərin sayı 60 min nəfər olub: "Azərbaycan səfər İsrail vətəndaşları buraya heyran qalır. Biz turizm sahəsində bir sıra uğurlar qazanmışıq”.
C. Dik qeyd edib ki, Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacaq: "Azərbaycandan olan nümayəndə heyəti gələn həftə kiber texnologiyalarla bağlı İsraildə keçirilən keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin innovasiyaları və texnologiyaları istifadə olunur. Mən əlimdən gələni edəcəyəm ki, iki ölkə arasında münasibətlər güclənsin”. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR