Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşüb - YENİLƏNİB

23.01.2020 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.

Xezerxeber.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olundu, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunuldu, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verib. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirildi. Vurğulandı ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR