Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

21.01.2020 12:33

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib.

Xezerxeber.az secki-2020.az saytına istinadla xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.

Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR