MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir

14.12.2019 16:11

Azərbaycan fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkisini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir: "Bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkisi 2020-ci il fevralın 9-na təyin edilib.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR