Türkiyənin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO

14.12.2019 15:13

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, məşqlər zamanı gəminin döyüşə və səfərə hazırlanması, körpüdən aralanması və baza məntəqəsindən çıxmasının təşkili, eləcə də dar keçidlərdə, məhdud görünüş zamanı və dayaz sularda üzən zaman idarə olunması tədbirləri icra edilib. Bundan əlavə, gəmi heyətinin sükanın və girokompasın sıradan çıxması zamanı fəaliyyəti, gəminin hər hansı bir hissəsində baş verən yanğın zamanı davamlılıq uğrunda mübarizə fəaliyyəti yerinə yetirilib.
Günün planına əsasən gəminin lövbərə durması və lövbərdən çıxması, dənizə düşən adamın xilas edilməsi, gəminin körpüyə yan alması və baza məntəqəsinə girişin təşkili və digər tapşırıqlar icra olunub.
Praktiki məşqlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Məşqlər zamanı yerinə yetirilən proseslərdə qardaş ölkənin dənizçiləri də iştirak edib, təcrübələrini bölüşüblər. Qonaqlar dənizçilərimizin fəaliyyətini və bacarığını yüksək qiymətləndiriblər.

© xezerxeber.az

FOTOQALERIYA






255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR