Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14.12.2019 14:55

Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə dekabrın 12-də qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Bu barədə xezerxeber.az-a Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

E. İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunub və o, könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






601 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR