Bəzi DSK-ların tərkibində dəyişiklik edildi

11.12.2019 18:25

MSK-nın iclasında müzakirə olunan sonuncu məsələ bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə olub.

XəzərXəbər xəbər verir ki, MSK katibi Arifə Muxtarova 8 saylı Binəqədi birinci, MSK katibi Mikayıl Rəhimov isə 92 saylı Zərdab-Ucar, 47 saylı Yevlax, 44 saylı Sumqayıt dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsini müzakirə edib.

Bildirilib ki, dəyişikliyi etməyə səbəb komissiya üzvünün vəfat etməsi, bəzilərinin isə ailə vəziyyətində dəyişiklik edilməsi olub. Belə ki, həmin şəxslərin yaxın qohumları bələdiyyə seçkilərində iştirak etdikləri üçün qanunun tələbinə görə, DSK üzvlüyündən istefa veriblər. Onların yerinə müvəqqəti olaraq həlledici səs hüquqlu üzvlər təyin olunub.

MSK üzvü Şaitdin Əliyev 44 saylı Sumqayıt seçki dairəsinin üzvünün vəzifədən azad edilməsi ilə bağlı müraciət etdiyini bildirib. Daha sonra 8 saylı Binəqədi birinci seçki komissiyasına yeni üzv təyin olunub.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR