"Xəzər” Televiziyasından RƏSMİ AÇIQLAMA

07.12.2019 17:12

Son günlər "Xəzər" TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır. 

Bəzi "informasiya” saytları xüsusi canfəşanlıqla güya "Xəzər" TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı "məlumatlar” yayırlar. Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa "mənbədən” aldıqlarını iddia edirlər. Amma "Xəzər" TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi "Xəzər" TV-nin nüfuzunu zədələməkdir.

"Xəzər" TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. "Xəzər" TV əvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir.

© xezerxeber.az

FOTOQALERIYA






1107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR