Elmar Məmmədyarov ATƏT XİN Şurasının görüşündə iştirak etmək üçün Bratislavaya yola düşüb

03.12.2019 18:05

Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.

XİN-dən xezerxeber.az-a verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR