Masallının icra başçısı vəzifəsindən azad edilib

20.11.2019 13:45

Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

© xezerxeber.az

FOTOQALERIYA






417 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR