Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ziyafət Əsgərov özəl ekspertlərə cinayət işləri ilə əlaqədar səlahiyyət verilməməsinə aydınlıq gətirib

19.11.2019 14:18

"Bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib”.

Bunu bu gün Milli Məclisin plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər: "Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun”.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub: "Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var ki, bu özəl ekspertlərdə də var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunu alqışlamaq və səs vermək lazımdır”. (APA)

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

07.12.2019 14:21

MSK-nın iclası BAŞLANDI

ÇOX OXUNANLAR