Azərbaycanda övladlığagötürmə ASANLAŞIR

19.11.2019 14:03

Milli Məclis Mülki Prosessual Məcəlləyə, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edib.

Bu haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanunlara dəyişiklik övladlığagötürmə ilə bağlıdır. O, xatırladıb ki, övladlığagötürmə sonda məhkəmə yolu ilə öz həllini tapır: "Qanunlara dəyişiklik bu prosedurun şəffaf və asanlaşdırılmasını nəzərdə tutur".

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR