Mikayıl Cabbarov: "BU MƏLUMATI ƏLDƏ ETMƏYƏ HAZIRIQ"

14.11.2019 15:02

"Bu ilin 10 ayı ərzində 10,1 faiz və ya 40 mindən çox insan vergi ödəmələrinə cəlb olunub. Əlavə dəyər vergisinə 5941 nəfər cəlb olunub. Bu ilin 10 ayı ərzində vergilərə cəlb edilən obyektlərin sayı 7,3 faiz artıb".

XəzərXəbər xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə deputatların suallarına cavab olaraq deyib.

Nazir əlavə edib ki, bütün bunlar vergi inzibatçılığı və qanunvericiliyi sayəsində əldə olunub: "Sənaye parklarına 5 milyard manatdan çox sərmayə cəlb edilib, bu parkların əksəriyyəti rayonlarda yerləşir: "Quş və heyvan ətinin vergidən azad edilməsinə gəldikdə qeyd edim ki, onsuz da quş əti vergidən azad idi. Biz bura heyvan ətini əlavə etmişik. Diri heyvan isə onsuzda vergidən azaddır".

Nazir deyib ki, əgər kimdəsə Vergilər Nazirliyinin qanunu bərabər şəkildə tətbiq etməməsi haqda məlumat varsa, bu barədə onlara bildirsinlər: "Biz bu məlumatı əldə etməyə hazırıq. Qanun eyni şəkildə tətbiq edilir və bu məcburidir".

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR