Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb – İlham Mirzəliyev

14.11.2019 13:20

"Noyabrın 15-dən ölkədə istilik sistemi ilə bağlı qış mövsümünə keçid başlayacaq".

XəzərXəbər xəbər verir ki, bunu "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, ölkədə istilik təchizatı sisteminin bərpası və dönüş nöqtəsi 2005-ci ildə səhmdar cəmiyyətin yaradılması olub: "Ötən illər ərzində bu sahədə əməli işlər görülüb. İlk növbədə ictimai müəssisələrin istiliklə təchizatı ilə bağlı mühüm işlər görülüb. Ötən müddət ərzində 172 istlik mənbəyi yaradılıb. 57 istilik məntəqəsində müasir qazanxanalar qurulub. Bu günədək istilik sistemi ilə bağlı 2700-dən artıq lokal layihə həyata keçirilib. İstilik alan məktəblərin sayı 66 ədəd, sosial obyektlərin sayı 1219 ədəd artıb. İstliyin keyfiyyət parametrlərində də dəyişiklik baş verib. Əgər 10 il əvvəl su sərfiyyatı 10-12 milyard kubmetr təşkil edirdisə, bu gün 1 milyard kubmetrdir".

Dünyada istilik təchizatı sistemində baş verən dəyişikliyi öyrəndiklərini bildirən İ.Mirzəliyev qeyd edib ki, müəyyən problemlərin olduğu sirr deyil: "Bunu vətəndaş müraciətləri də göstərir. Biz bu müraciətləri çox diqqətlə dinləyirik. Əsas problemlər bu gün Bakının özündə mərkəzi sistemə bəzi binaların qoşulmaması ilə bağlıdır. 300-ə yaxın bina mərkəzi istilik sisteminə hələ tam qoşulmayıb. Həmin binalar daxilində sistemlərin tam layihəyə uyğunluğu ilə bağlı problemlər var. Bir sıra digər texniki problemlər də var. Bu cür müraciətlərin asanlaşdırılması üçün 956 nömrəli çağrı mərkəzi fasiləsiz fəaliyyət göstərir".

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR