Pensiya alan 400 min nəfər əlavə təqaüdlər alır - Nazir

13.11.2019 18:22

"Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində olub".

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərkən deyib.

Nazir bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: "Məsələn, Qarabağ münaribəsi əlilliyi olan şəxslərə 250 manata qədər təqaüd ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat ödənilir. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təaqüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək".

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR