SON XƏBƏR: 20 il əvvəl itən məşhur rəsm əsəri muzeyin divarından çıxdı - FOTO
SON XƏBƏR: Rusiya paytaxtının sakinlərini sərxoş quşlar barədə xəbərdar etdilər
SON XƏBƏR: Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT
SON XƏBƏR: Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
XəzərXəbər fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:
"2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.”.
1.2. 3-cü hissənin adından "üsulu” sözü çıxarılsın;
1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddinə tətbiq olunan məhdudiyyətlər
4.1. İcmal büdcə xərclərinin bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi aşağıdakı düsturla hesablanır:
Düstur 5:
İX = İXct * (1 + İpn%)*(1 + 3%)
burada:
İXct – cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;
İpn – növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.
4.2. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin yuxarı həddi kimi qəbul edilir.
4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.
© xezerxeber.azDirektorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ
"Belə insidentlər təxribat xarakterli deyil" - Xələf Xələfov
20 il əvvəl itən məşhur rəsm əsəri muzeyin divarından çıxdı - FOTO
Rusiya paytaxtının sakinlərini sərxoş quşlar barədə xəbərdar etdilər
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
Zinəddin Zidan: "Liverpul"la qarşılaşsaq, onları məhv edəcəyik"
Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ
Şirkət rəhbəri işçilərinə zərf payladı – Görənlər ağladı... - VİDEO
Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər