Nazirlikdən bu şəxslərə XƏBƏRDARLIQ - 5 min AZN CƏRİMƏ

21.10.2019 13:24

Azərbaycanda süni qaydada yetişdirilən kiçik balıqlar dənizə çatmadan qanunsuz balıq ovu edənlər tərəfindən məhv edilir.

XəzərXəbər bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyəti bu kimi təbiət düşmənlərinə qarşı birgə mübarizə aparmağa səsləyir. Qanunsuz balıq edənləri isə böyük məbləğdə pul cəriməsi və hətta həbs cəzası gözləyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyacan təbili çalır.

Sintetik torlar və elektrik cərayanı ilə balıq ovu edilyindən nəyinki balıqlar hətta sudaki bütün canlılar məhv edilir. Proses kütləvi hal aldığından onun təbiyyətə vurduğu ziyan hesaba gəlməyəcək qədər böyükdür.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə bu hal cinayət əməli sayılır və onun edənlər qanunvericiliyə uyğun olaraq ən sərt formada cəzalandırılacaq. Çünki həmin sintetik torlar kəsici və deşiklərinin ölçüsü kiçik olduğundan hətta ən kiçik balıqlarda ordan keçərkən yaralanır və tələf olurlar.

Nazirlik tərəfindən bu kimi hallara qarşı mübarizə gücləndirilib və su hövzələrinə və sahilyanı zonalara nəzarət gücləndirilib...

Qanunsuz balıq ovu ilə məşğul olanları isə 5 min manata kimi cərimə və 7 ilə qədər həbs cəzası da gözləyir.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR