Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olan şahmatçı Aydın Süleymanlını təbrik edib

13.10.2019 12:12

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.

Xezerxeber.az-ın  məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram"dakı rəsmi səhifəsində qeyd edilir.

Paylaşımda deyilir:

"Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR