Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb

09.10.2019 20:11

Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş Nazir Giorgi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

© xezerxeber.az

FOTOQALERIYA






177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR