Bakıda güclü küləklə bağlı - Açıqlama

09.10.2019 12:06

Bu gün müşahidə edilən güclü şimal-qərb küləyi sabahdan etibarən mülayimləşəcək.

Bu sözləri XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah səhər saatlarından etibarən havanın temperaturu mülayimləşəcək.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bugünkü güclü küləklə bağlı xəbərdarlıq artıq müvafiq təşkilat və qurumlara göndərilib.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR