Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq

20.09.2019 17:49

2020-ci ilin dövlət büdcəsinin böyük bir hissəsi -təxminən 40 faizi sosial sahəyə yönəldiləcək. Bununla da Azərbaycanın büdcəsi sosial yönümlü və sosial tutumlu olur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində sosial məqsədlərə ən çox vəsait ayrılan il kimi tarixə düşəcək.

H.Rəcəbli əlavə edib ki, bununla da 2020-ci ilin büdcəsindən əməkhaqları, müavinətlər, pensiyaların artırılması nəzərdə tutulur.

"Bu il Cənab Prezidentin sərəncamları ilə müavinətlər, pensiyalar, maaşlar artırıldı. Gələn il də belə gözləntilər var”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7milyonmanat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri27 milyard 605 milyon 300 min manat, xərcləri isə28 milyard 192milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 minmanat təşkil etməlidir.

© xezerxeber.az


613 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR