Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15.09.2019 17:58

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR