AŞPA prezidentinin Azərbaycana səfəri başladı

11.09.2019 10:07

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.

İkigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak edəcək. (report)

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR