Onlarla məktəbə yeni direktor təyin olundu - RƏSMİ

10.09.2019 14:40

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apellyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nəticələrə əsasən, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

© xezerxeber.az

FOTOQALERIYA






166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR