XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

09.09.2019 18:13

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 6-da Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş "7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu xüsusda, həmin ölkələrin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu tədbirə qatılması ilə bağlı hansı tədbirlər görməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

XİN rəsmisi deyib: "İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb. Cavab notasında nazirlik bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin heç bir vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya "tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir”.

© xezerxeber.az

FOTOQALERIYA






80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR