Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başladı

09.09.2019 15:34

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

"Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR