Xəzər dənizində zəlzələ baş verib

09.08.2019 08:55

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR