Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı

07.08.2019 15:36

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür. (report)

© xezerxeber.az


574 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR