Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ

07.08.2019 15:04

Qurban bayramı günündə rəsmi olaraq 2 gün iş olmayacaq.

XəzərXəbər xəbər verir ki, avqust ayının 12 və 13-nə təsadüf edir.

Beləliklə avqust ayının 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür. Həmin günlər həftənin I və II günlərinə düşür.

Bundan əlavə, avqust ayının 10 və 11-i həftənin şənbə və bazarına düşdüyü üçün həmin günlər qeyri-iş günləridir.

Beləliklə də ayın 10, 11, 12 və 13-də (Şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı) davamlı olaraq 4 gün qeyri-iş günüdür.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR