Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20.07.2019 14:37

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR