Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri başa çatıb

09.07.2019 20:47

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri iyulun 9-da başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR