Azərbaycan gələn ay könüllü hesabat verəcək

25.06.2019 16:32

Azərbaycan təcrübəsini digər ölkələrlə paylaşmaq istəyir

"Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu digər ölkələrlə paylaşmaq istəyir. ASAN Xidmət çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır. Burada vətandaş məmnuniyyəti yüksək səviyyədədir".

XəzərXəbər xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova BMT-nin Dövlət Xidmətləri Forumunda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı siyasi iradə mövcuddur: "Hesabatlılığın vacib olduğunu nəzərə alaraq, monitorinq və qiymətləndirmə işçi qrupu yaradılıb. İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək. 2020-ci ildə Bakıda Regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək".

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR