Qəza törədənlərin işi asanlaşdırılır - "Forma 4" sənədinin alınması avtomatlaşdırılır

24.06.2019 17:58

Yeni sistem iyunun sonunda təqdim olunacaq

Azərbaycanda icbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılması və tənzimlənməsi sistemi iyunun 28-də ictimaiyyətə təqdim olunacaq.

XəzərXəbər "Report"a istinadla xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Xatırladaq ki, bu layihənin reallaşması nəticəsində avtomobil qəzası zamanı sığorta ödənişi üçün "Forma 4” sənədinin əldə olunması avtomatlaşdırılır.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR