Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq

15.06.2019 12:43

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq.

Trend-in məlumatına görə, bunu Ankaranın meri Mənsur Yavaş Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib.

Mer bildirib ki, iki şəhər arasında qardaşlaşma barədə sazişin məhz onun rəhbərliyi dövründə imzalanacağı qürurvericidir.

M.Yavaş əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın uğurları ilə fəxr edir: "Qardaş Azərbaycanın bayrağını harada görsəm, ürəkdən sevinirəm”.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR