Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

25.05.2019 17:59

28 may - Respublika Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilir, sənədli və bədii filmlər nümayiş olunur.

Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə Gəncə Qarnizonu və Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət mərkəzləri, rayon mədəniyyət müəssisələri kollektivlərinin təqdim etdiyi bayram konsertləri, viktorinalar, kütləvi hərbi-vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirlər.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR