Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Metro istifadəçilərinin NƏZƏRİNƏ: Qatarlar 2 dəqiqədən bir gələcək

24.05.2019 17:46

Bakı Metropoliteni mayın 29-da və 30-na keçən gecəni gücləndirilmiş iş rejimində çalışacaq.

Avropa Liqasının final oyunu ilə əlaqədər nəzərdə tutulan hazırlıqlarla bağlı, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlama verib.

O, qeyd edib ki, futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər ediləcək:

"Hərəkətin gur saatlarında xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Belə ki, Avropa Liqasının final oyunu ərəfəsində metro 30 cüt qatar prinsipi ilə işləyəcək və ehtiyat qatarlar nəzərdə tutulacaq. Həmin 30 cüt qatar bir stansiyadan və bir istiqamətdə keçən qatarların sayıdır. Bu isə 1 saatda hər 2 dəqiqədən bir qatarın keçəcəyi və yaxud intervalın 2 dəqiqə olacağı deməkdir. Xətlərin "28 May" stansiyasında kəsişməsini nəzərə alsaq, sonrakı mənzilllərdə - "İçərişəhər" və "Dərnəgül" istiqamətində interval 4 dəqiqə çəkəcək.

Axşam vaxtlarında pik saatlar əsasən 17:30-dan etibarən başlanır. Futbol matçını stadiondan canlı izləmək istəyən sərnişinlərin axınının saat 20:00-dan sonra başlayacağını nəzərə alaraq, 2 dəqiqəlik interval sonrakı saatlarda da saxlanılacaq. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsinə şərait yaradılacaq.

"Koroğlu” stansiyasında tibbi briqadalar fəaliyyət göstərəcək.

İndiyə qədər keçirilmiş böyük tədbirlərdə olduğu kimi, bu dəfə də "Koroğlu" stansiyasinda Səhiyyə Nazirliyinin növbətçi tibbi briqadalarının fəaliyyət göstərməsi üçün artıq bütün müvafiq şərait yaradılıb. Eyni zamanda bütün infrastruktur tək havalandırma sistemi ilə deyil, tələb olunan rejim, qrafik və qayda üzrə təşkil olunacaq.

Bu gün metropolitendə, seçilmiş könüllülərin treninqi olacaq.

Könüllülər mayın 27-dən etibarən əcnəbilərin daha çox istifadə edəcəyi ehtimal olunan stansiyalarda fəaliyyət göstərəcəklər. Üzərinə "Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər, müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

Qeyd edək ki, futbol üzrə UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR