Milli Məclisin vitse-spikeri: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli gündəlikdən çıxmayıb”

24.05.2019 15:59

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllindən istifadə etmək bizim hüququmuzdur, bu, gündəlikdən çıxmayıb”.

Bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Azərbaycan indiyə qədər bu addımı atmayıbsa, bu, bir daha sülhsevər dövlət olduğunu ortaya qoyur: "2016-cı ilin aprelində Azərbaycan ordusu hücum etməmişdi, təxribata cavab vermişdi. Bu, Azərbaycanın gücünü bir daha ortaya qoydu ”.

Milli Məclisin sədr müavini qeyd edib ki, bütün müharibələr sülhlə başa çatır: "Bu gün Bakıda 30 min erməni yaşayır, sərbəst gəzir. Digər rayonlarda da ermənilər ar. Bizim ermənilərlə problemimiz yoxdur. Sarkisyan, Köçəryan rejimi Azərbaycan torpaqlarının işğalında iştirak edib. İndi Ermənistana yeni hakimiyyət gəlib. Ancaq bu hakimiyyət də real addımlar atmır. Azərbaycan davamlı sülhün tərəfdarıdır”.

Vitse-spiker bildirib ki, sülh müqaviləsindən sonra Ermənistan Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrə qoşula bilərdi: "Ancaq Ermənistan rəhbərləri, cinayətkarlar bunu istəmədi”. (ONA)

© xezerxeber.az

FOTOQALERIYA






198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR