Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

22.05.2019 13:03

Mayın 22-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, gündəliyə üç məsələ daxildir.

Əvvəlcə Ziyafət Əsgərov "Terrorçuluğa qarşı mübarizə haqqında” və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub. Qeyd edilib ki, Saziş 2019-ci il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb. Bu Saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir.

"Fövqaladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Z.Əsgərov deyib ki, dəyişikliklər redaktə xarakterlidir.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyyə olunub.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR