Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

16.05.2019 19:35

Mayın 16-da Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın "Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.

© xezerxeber.az

FOTOQALERIYA






78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR