Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

15.05.2019 14:20

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng etmişdir. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etmiş, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırmışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik etmiş, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırmışdır.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR