Əli Əhmədov: "Çalışırıq ki, insanların yaşam tərzi müasir çağırışlara uyğun olsun"

15.05.2019 11:42

"Dünyada bir tərəfdə inkişaf gedir, digər tərəfdə isə kasıblıq müşahidə olunur. İnsanlar yoxsulluqdan əziyyət çəkirlər. Qeyri-bərabərliyin aradan qaldırılması əsas məqsədlərdəndir".

Bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli ƏhmədovBakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, xalqlar, dövlətlər arasında qeyri-bərabərliyin olması gərginliyə gətirib çıxarır: "Çalışırıq ki, insanların yaşam tərzi müasir çağırışlara uyğun olsun. Azərbaycan dayanıqlı inkişafla bağlı proqramı layiqincə yerinə yetirir. Ölkəmiz dünyada inkişaf etmiş dövlət kimi tanınır. Azərbaycanda bütün sahələrdə inkişaf gedir. Ölkəmiz yüksək-orta inkişaf səviyyəsinə çatmış dövlət kimi qəbul olunur. İnkişafın təmin edilməsi baxımından hədəflər ölkəmiz üçün də önəmlidir".

Ə.Əhmədov qeyd edib ki, insanların işlə təmin olunması dövlətlə yanaşı, özəl sektorun da öhdəsinə düşür: "Azərbaycanda özəl sektorun inkişafı üçün bütün şərtlər təmin edilib. İxrac potensialının artırılması üçün imkanları axtarılır. Azərbaycanda iqtisadiyyatın 80 faizi özəl sahədən ibarətdir. Çalışmalıyıq ki, özəl sektor şəffaf fəaliyyət göstərsin, insanların sosial müdafiəsi təmin edilsin". (report)

© xezerxeber.az


64 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR