Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu tibb müəssisələri TƏBİB-ə veriləcək

15.05.2019 09:57

Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibinə veriləcək.

XəzərXəbər xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, prezidentin müvafiq fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİBin tabeliyinə verilməsi barədə qərar qəbul edib. Qərara əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Z.Əliyev qeyd edib ki, 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir: "TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək", deyə o bildirib.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR