Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir - Əli Əhmədov

14.05.2019 13:57

Azərbaycan Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. Biz bu əməkdaşlığa önəm veririk.

XəzərXəbər xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır: "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bütün əməkdaşlıqlar zamanı ölkəmizin maraqlarının gözlənilməsi üstünlük təşkil edəcək. Azərbaycanın maraqları nəzərə alınacaq. Qanun çərçivəsində bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyimizdə heç bir problem yoxdur. Təbii ki, yalnız bir ölkə istisnadır. Azərbaycanın manefeyinə hörmətlə yanaşan bütün təşkilatlarla əməkdaşlıqda maraqlıyıq”.

Ə.Əhmədov onu da vurğulayıb ki, Avropa İttifaqı ilə imzalanması gözlənilən sazişlə bağlı danışıqlar aparılır: "Müzakirələr davam edir. Hər iki tərəfi qane edən saziş ortaya qoyulanda imzalanacaq”.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR