Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu

24.04.2019 18:08

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR